Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdaban sakini: “Ermənilər qoca kişi və qadını diri-diri yandırdılar”     

“Ermənilər Kəlbəcər rayonunun Ağdaban kəndində qoca kişi və qadını diri-diri yandırıblar”...

Bu sözləri “Report”a açıqlamasında Ağdaban kəndinin sakini və soyqırımın şahidi Qiyas Alıyev Kəlbəcərdə faciənin ildönümü ilə əlaqədar təşkil olunan ziyarət zamanı deyib.

Q.Alıyev bildirib ki, 1992-ci ilin aprel ayının 7-dən 8-nə keçən gecə Xocalı soyqırımının eynisi Ağdabanda baş verib və ermənilər bu kəndə böyük qüvvə ilə hücuma keçiblər. Onun sözlərinə görə, əhali arasında bir neçə nəfərlə ov tüfəngi və hökumətin verdiyi bir neçə avtomatla kəndi müdafiə etməyə çalışıblar.

 “Həmin vaxt bir neçə nəfər cığır yollarla kənddən çıxa bildi. Ermənilər qoca kişi və qarını evdə diri-diri, rəhmətlik Musanı isə ot tayasına atıb yandırdılar, uşağının meyitini qucaqlayan atanı güllələdilər”, - o deyib.

Xatırladaq ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri, Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırımı aktı törədiblər.

 Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunub və məhv edilib.

Erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Ən çox oxunanalar